Azərbaycan futzalçılarının 1/4 finalda rəqibi məlum oldu

Futzal üzrə milli komandamız bu gün Avropa çempionatında qrupdakı ikinci oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, yığmamız İspaniya ilə görüşüb.

3 komandadan ibarət qrupda ilk oyunda Fransaya qalib gələn Joze Alesionun yetirmələri 1/4 finala vəsiqəni təmin etmişdilər. Turnirin favoritlərindən hesab olunan “buğalar”la qarşılaşma qrupdakı yerimizin müəyyənləşməsi və 1/4 finaldakı rəqibimizin kim olması baxımından əhəmiyyətli idi.

Gərgin mübarizə şəraitində keçən oyun ispanların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Bununla da komandamız D qrupunu 2-ci pillədə başa vurub və 1/4 final mərhələsində Portuqaliyaya rəqib olub.

İspaniya isə qrupu zirvədə tamamlayıb.

AVRO-2018

D qrupu

4 fevral

Azərbaycan – İspaniya – 0:1

Qol: Pola, 13.21

Turnir cədvəli

1.

İspaniya

2

1

1

0

5:4

4

2.

Azərbaycan

2

1

0

1

5-4

3

3.

Fransa

2

0

1

1

7:9

1