ONN İnformasiya Agentliyi

Azərbaycan millisinin hücumçusu karantinə alındı

Azərbaycan millisinin hücumçusu karantinə alındı
01 Dekabr 2021 - 20:53

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi Portuqaliya “Tondela”sı koronavirusa görə tam tərkibdə karantinə alınıb.

ONN media  klubun rəsmi saytına istinadən xəbər verir ki, kollektiv yerli səhiyyə idarəsinin müvafiq tələbi ilə təcrid olunub.

Daha əvvəl “Tondela”nın baş məşqçisi Pako Ayestaran, yarımmüdafiəçi Manu Ernando və hücumçu Salvador Aqranın koronavirus testi müsbət çıxıb.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov bu ilin iyulundan icarə əsasında “Tondela”da çıxış edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png