Azərbaycanda məşhur futbol klubu SATIŞA ÇIXARILDI

Ölkənin elan saytlarından birində futbol klubu satışa çıxarılıb.

ONN media xəbər verir ki, elanda Abşeron rayonunda böyük bazası olan klubun bütün avadanlığı ilə birlikdə satıldığı qeyd olunub. 11 hektarlıq ərazini əhatə edən bazaya 15 milyon manat qiymət qoyulub.

Ad açıqlanmasa da, bunun "Bakı" klubu olduğu güman edilir. (Futbolinfo.az)