“Azərbaycanı qiymətləndirməmək olmaz” – Almaniyalı hücumçu

Norveçlə oyun bizim üçün acı sonluqla nəticələndi. Bu məğlubiyyət bizə çox pis təsir etdi. Bu sözləri Almaniyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının üzvü Filip Oxs deyib. Bundestim AÇ-2019-un seçmə mərhələsi çərçivəsində noyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq. Ötən ay Norveçə məğlub olduqları (1:3) matçı xatırladan Oxs komandasında çatışmayan cəhətlərdən danışıb. “Hoffenhaym”ın hücumçusu Azərbaycanla görüşə məsuliyyətli hazırlaşdıqlarını bildirib: “Meydanda əzmlə mübarizə aparmalı və daha ürəkli çıxış etməliyik. Norveçlə qarşılaşmada bizdə çatışmayan cəhət bu idi. Azərbaycanla oyuna isə ciddi yanaşmalıyıq. Rəqibi qiymətləndirməmək olmaz”.

ONN media xəbər verir ki, Azərbaycan – Almaniya qarşılaşması “Dalğa Arena”da keçiriləcək.