Azərbaycan Avropa Oyunlarında ilk medalını qazandı
Azərbaycan ” II Avropa Oyunlarında ilk medalını qazanıb.
ONN media xəbər verir ki, akrobatika gimnastikası növündə qarışıq cütlərin dinamik hərəkətlər yarışında Ruhidil Qurbanlı-Abdulla Əl-Məsaihi ikilisi fərqləniblər.
Onlar 28,830 xalla gümüş medala laiq görülüblər.
Yarışın qalibi Viktoriy Aksenova – Kirill Startsev (Rusiya), üçüncü yeri isə Artur Belyakov – Olqa Melnik (Belarus) cütlüyü tutub.