ONN İnformasiya Agentliyi

Azərbaycan – Belarus matçının keçiriləcəyi yer məlum oldu

Azərbaycan – Belarus matçının keçiriləcəyi yer məlum oldu
17 Mart 2018 - 22:37

Yoldaşlıq görüşündə Belarus yığması ilə qarşılaşacaq Azərbaycan millisinin mətbuat üçün açıq məşqi və baş məşqçi Qurban Qurbanovun mətbuat konfransının vaxtı müəyyənləşib.

ONN media AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, həm məşq, həm də konfrans martın 22-də keçiriləcək.

Əvvəlcə mütəxəssis jurnalistlərin önünə çıxacaq. O, saat 16:00-da sualları cavablandıracaq.

Saat 17:15-də isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq olacaq. Hər iki tədbir Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, martın 23-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan – Belarus matçı saat 20:00-da başlanacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png