ONN İnformasiya Agentliyi

Azərbaycan cüdoçusu “Böyük dəbilqə”nin qalibi oldu

Azərbaycan cüdoçusu “Böyük dəbilqə”nin qalibi oldu
25 Oktyabr 2020 - 1:09

Budapeştdə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu Rüstəm Orucov böyük uğura imza atıb.

ONN media xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk görüşdə Monqolustan təmsilçisi Anxjaya Lavjarqal, sonrakı döyüşlərdə bolqarıstanlı Mark Hristov, Rusiya təmsilçisi Musa Moquşkov, daha sonra İsveç təmsilçisi Tommi Maqiasa qalib gələrək finala yüksəlib. Final qarşılaşmasında isveçrəli Nils Stamı məğlub edən idmançımız qızıl medal qazanıb.

Qeyd edək ki, turnirin birinci günündə yığma komandamızın üzvü Orxan Səfərov (66 kq) bürünc medal əldə edib.

Azərbaycan “Böyük dəbilqə” turnirinə 17 cüdoçu ilə qatılıb.

Turnir oktyabrın 25-dək davam edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png