ONN İnformasiya Agentliyi

Azərbaycan futbol matçında dava düşdü – VİDEO

Azərbaycan futbol matçında dava düşdü – VİDEO
17 Fevral 2018 - 19:30

Futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qəbələ” və “Zirə” komandaları arasındakı matçdan sonra insident yaşanıb.

Baş hakim Rauf Cabbarovun final fitindən dərhal sonra iki klubun futbolçuları arasında kütləvi toqquşma baş verib.

ONN media Report-a istinadən bildirir ki, Toqquşmada meydan sahiblərindən kapitan Cavid Hüseynovla Vitali Vernidub, qonaq komandadan isə Riçard Qadze ilə Sadio Tounkara daha fəal iştirak edib. Münaqişə elə onların komanda yoldaşları və texniki personalın müdaxiləsindən sonra aradan qaldırılıb.

Qeyd edək ki, görüş “Qəbələ”nin qələbəsi ilə yekunlaşıb – 2:1.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png