Azərbaycan güləşçisi II Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev II Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

ONN media xəbər verir ki, güləşçimiz Ukrayna təmsilçisi Hor Ohanesyanı məğlub edərək final mərhələsinə vəsiqə qazanıb.

İyunun 27-si keçiriləcək finalda H.Əliyevin rəqibi Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili olacaq.