ONN İnformasiya Agentliyi

Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazandı

Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazandı
21 Sentyabr 2019 - 0:02

Karateçilərimiz İranın Urmiyə şəhərində ənənəvi beynəlxalq turnirə uğurla başlayıblar.

ONN media xəbər verir ki, finalda ermənistanlı rəqibinə qalib gələn Ramil Baxşəliyev (14-15 yaşl yeniyetmələr, -52 kq) qızılmedala sahib olub. Azər Tapdıqlı (14-15 yaşl yeniyetmələr, -63 kq) gümüş, Ruslan Qafarlı (14-15 yaşl yeniyetmələr, -57 kq) ilə Emin Namazov (14-15 yaşl yeniyetmələr, kata) isə bürünc mükafat qazanıb.

Turnirə fəxri qonaq kimi dəvət olunan Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası (WKF) Texniki Komitəsinin üzvü Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib. Y.Bəşirov həmçinin İran Karate Federasiyasının prezidenti Seyed Hassan Tabatabaeiyə Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubiley medalını hədiyyə edib.

20-22 sentyabr tarixlərində keçirilən və ümumi mükafat fondu 60.000 avro olan 15-ci “Urmia Open”-də 12 ölkədən 412 karateçi iştirak edir. Yarış həm də yeniyetmə və gənclər üçün oktyabrın axırı Çilidə dünya çempionatına hazırlıq xüsusiyyəti daşıyır. Turnirin növbəti günləri digər idmançılarımız tatamiyə çıxacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png