ONN İnformasiya Agentliyi

Azərbaycan kikboksçusu növbəti qələbəsini qazandı

Azərbaycan kikboksçusu növbəti qələbəsini qazandı
04 Mart 2018 - 23:12

Azərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirib

ONN media xəbər verir ki, idmançımız “Glory” seriyasında təşkil olunan yarışda qüvvəsini sınayıb.

O, Hollandiyanın Rotterdam şəhərində təşkil olunan “Glory51” turniri çərçivəsində kamerunlu Sedrik Doumbe ilə üz-üzə gəlib. Yarımorta çəki dərəcəsində baş tutan 3 raundluq döyüşün qalibi hakimlərin rəyi ilə müəyyənləşib. A.Nəbiyev yekunda 2:1 hesabı ilə qalib gəlib.

Bu, Nəbiyevin “Glory” seriyasında keçirdiyi 3-cü döyüşdə 3-cü qələbəsidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png