Azərbaycan millisinə ağır itki

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqrebdə Xorvatiya, 4 gün sonra isə Bakıda Litva yığması ilə yoldaşlıq oyununda qarşılaşacaq Azərbaycan millisinin qeyd olunmuş görüşlər üçün açıqlanmış heyətində dəyişiklik baş verib.
 
ONN media xəbər verir ki
, bu barədə AFFA-nın məlumatında bildirilir.
 
Qeyd olunur ki, “Sumqayıt” klubunun üzvü Aleksey İsayev zədələndiyi üçün millinin heyətindən çıxarılıb.