ONN İnformasiya Agentliyi

Azərbaycan Premyer Liqasında üç oyun TƏXİRƏ SALINDI

Azərbaycan Premyer Liqasında üç oyun TƏXİRƏ SALINDI
03 Dekabr 2020 - 21:26

Azərbaycan Premyer Liqasında növbəti turun üç oyunu təxirə salınıb.

ONN media xəbər verir ki bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, sözügedən qərar koronavirus səbəbindən verilib.

Belə ki, XII turun dekabrın 5-də keçirilməli olan “Sabah” – “Neftçi” və “Keşlə” – “Səbail”, eləcə də ertəsi gün baş tutması nəzərdə tutulan “Zirə” – “Sumqayıt” oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun COVİD-19 virusuna yoluxması səbəbindən təxirə salınıb.

Görüşlərin tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası verəcək.

Qeyd edək ki, XII turun “Qəbələ” – “Qarabağ” oyunu 6 dekabr, saat 16:00-da “Azersun Arena”da baş tutacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png