ONN İnformasiya Agentliyi

Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

Azərbaycan Qran-prisinin vaxtı açıqlandı
20 Sentyabr 2022 - 20:33

2023-cü ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi dəqiqləşib.

ONN media Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytına istinadən xəbər verir ki, yarış yeni mövsümün ilkin təqvimində planlaşdırıldığı kimi 28 – 30 apreldə baş tutacaq.

Daha əvvəl 2018-ci və 2019-cu il Qran-priləri həmin tarixə təsadüf edib. Azərbaycanda 2017-ci ildən təşkil olunan yarışın digər mərhələləri isə iyunda keçirilib.

Qeyd edək ki, Bakı trasındakı son Qran-pri bu il 10 – 12 iyunda gerçəkləşib. Yarışın qalibi “Red Bull”dan Maks Ferstappen olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png