ONN İnformasiya Agentliyi

Azərbaycanın iki boksçusu Avropa çempionatının yarımfinalında

Azərbaycanın iki boksçusu Avropa çempionatının yarımfinalında
31 Mart 2018 - 9:03

Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatının dörddəbir final mərhələsinin görüşləri başa çatıb. Azərbaycan millisinin iki üzvü yarışın yarımfinalına vəsiqə əldə edib.

ONN media xəbər verir ki, 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev yarımfinala gedən yolda almaniyalı Hamzet Şadalovu mübarizədən kənarlaşdırıb. Boksçumuz rəqibini 3:2 hesabı ilə məğlub edib. T.Əliyev yarımfinalda ispaniyalı Xose Giles Brotons ilə qarşılaşacaq.

Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) də ən azı bürünc medalı təmin edib. O, dörddəbir finalda Camili-Dini Aboudo-Moindzeyə (Fransa) 4:1 hesabı ilə qalib gəlib. İdmançımız növbəti görüşdə italiyalı Aziz Abbes Muhidinlə üz-üzə gələcək.

Yarımfinal döyüşləri martın 31-də, finallar isə aprelin 1-də keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png