“Barselona” ilin bombasını partlatdı

İspaniya nəhəngi “Barselona” fransalı forvard Antuan Qrizmanı heyətinə qatıb.

ONN media xəbər verir ki, katalonlar bu transfer üçün “Atletiko Madrid”ə 120 milyon avro ödəyib.

28 yaşlı futbolçu ilə 2024-cü ilə qədər müqavilə imzalanıb. Müqavilənin ləğvi yalnız 800 milyon avro qarşılığında ola bilər.