ONN İnformasiya Agentliyi

“Barselona” “Real Madrid”ə böyük hesabla qalib gəldi

“Barselona” “Real Madrid”ə böyük hesabla qalib gəldi
23 Dekabr 2017 - 21:54

Bu gün İspaniya La Liqasında bu ilin sonuncu “El Klassiko”su keçirilib.

ONN media xəbər verir ki, on yeddinci tur çərçivəsində “Real Madrid” və “Barselona” komandaları “Santyaqo Bernabeu” stadionunda qarşılaşıblar.

Görüş “Barselona”nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 54-cü dəqiqədə Luis Suares açıb – 1:0. Görüşün 63-cü dəqiqəsində isə meydan sahiblərinin müdafiəçisi Daniel Karvahal qapıya gedən topun qarşısını əli ilə kəsdiyi üçün qırmızı vərəqə alıb. Təyin edilən penaltini isə Lionel Messi dəqiq zərbə ilə yerinə yetirərək hesab arasındakı fərqi ikiyə çatdırıb. Oyunda sonuncu topu 92-ci dəqiqədə Aleş Vidal rəqib qapısından keçirib – 3:0.

Bu qələbədən sonra xallarının sayını 45-ə çatdıran “Barselona” turnir cədvəlində liderliyini möhkəmləndirib. Bir oyun az keçirən “Real Madrid” isə 31 xalla dördüncü sırada qərarlaşıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png