“Barselona” super kuboku qazandı

Futbol üzrə İspaniya Super kuboku yarışında “El-Klasiko” oynanılıb.

Turnirin finalında “Barselona” klubu “Real Madrid” ilə qarşılaşıb.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “King Fahd” stadionunda keçirilən görüş “Barselona”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “Barselona” klubu İspaniya Super kuboku yarışının qalibi olub.

Bu, Kataloniya təmsilçisinin Xavinin baş məşqçiliyi altında qazandığı ilk kubokdur