Basketbolun əfsanəsi dünyasını dəyişdi

Amerika Milli Basketbol Liqasının (NBA) və dünya basketbol tarixinin əfsanəvi simalarından olan Elgin Baylor 86 yaşında dünyasını dəyişib.

13 il – 1958-71-ci illərdə NBA-nın “Los Angeles Lakers” klubunda forma geyən E.Baylorun ölümü dünya basketbol ictimaiyyəti üçün böyük itki sayılır. Onun ölüm anında ailəsinin də yanında olduğu bildirilir.

Oyunçu karyerasından sonra məşqçi və klub prezidenti kimi fəaliyyət göstərən Baylor basketbolun reytinq tarixində 27,4 atış, 13,5 ribaund və 4,3 asistlə yadda qalıb.