“Bavariya” Noyerlə yeni müqavilə imzaladı

Almaniyanın “Bavariya” klubu qapıçısı Manuel Noyerlə yeni müqavilə imzalayıb.

ONN media  xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı qolkiperin yeni sözləşməsi 2023-cü ilin iyunun 30-dək nəzərdə tutulub.

Qeyd edək ki, almaniyalı futbolçu 2011-ci ildən Münhen klubunda çıxış edir.