ONN İnformasiya Agentliyi

“Beşiktaş” öz meydanında MƏĞLUB OLDU

“Beşiktaş” öz meydanında MƏĞLUB OLDU
19 Oktyabr 2021 - 23:17

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.

ONN media  xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan 2-si başa çatıb.

A qrupunda İngiltərənin “Mançester Siti” klubu Belçikada “Brügge”ni darmadağın edib – 5:1. “Şəhərlilər”in heyətində qolları Juan Kanselu, Riyad Mahrez (2), Kayl Uoker və Koul lamper vurublar. Meydan sahiblərindən isə Hans Vanaken fərqlənib.

C qrupunda “Beşiktaş” Türkiyədə Portuqaliya “Sportinq”i ilə üz-üzə gəlib. Görüş İstanbul təmsilçisinin 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Qarşılaşmada hesabı 15-ci dəqiqədə Sebastyan Koates açıb. 24-cü dəqiqədə Kayl Larin tarazlığı bərpa etsə də, meydan sahiblərinin sevinci cəmi 3 dəqiqə çəkib. Koates dubl etməklə “Beşiktaş”ı ikinci dəfə meydanın mərkəzinə dəvət edib. 44-cü dəqiqədə penaltidən fərqlənən Pablo Sarabiya 3-cü qolu “qara qartallar”ın qapısından keçirib. Oyunda son nöqtəni isə 89-cu dəqiqədə Paulinyo qoyub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png