“Beşiktaş”ın iki oyunçusu koronavirusa yoluxdu

Türkiyənin “Beşiktaş” futbol klubunun iki oyunçusunun COVID-19 testi müsbət nəticə verib.

ONN media xəbər verir ki, bu barədə klubun saytında bildirilir.

Klubun tibb üzrə nümayəndəsi Tekin Kerem Ülkü bildirib ki, komandanın bütün futbolçularının iyunun 24-də verdikləri koronavirus testlərindən ikisinin nəticəsi müsbət olub. Onun sözlərinə görə, virusun aşkarlandığı oyunçuların müalicəsinə başlanılıb.