“Beşiktaş”ın yeni prezidenti seçildi

“Beşiktaş” klubunun növbədənkənar ümumi qurultayında Hasan Arat prezident seçilib.

Hasan Arat rəqibi Serdal Adalı üzərində üstünlük əldə edib.

Qeyd olunur ki, Arat “ağ-qaralar” klubunun 35-ci prezidentidir.

Hasan Arat prezident seçildikdən sonra böyük sevinc yaşayıb və zalda idarə heyəti və qurultay üzvlərini salamlayaraq onların təbriklərini qəbul edib.

Xatırladaq ki, “Beşiktaş”ın bundan öncəki prezidenti Ahmet Nur Çebi idi