ONN İnformasiya Agentliyi

Blatter həbs oluna bilər

Blatter həbs oluna bilər
03 May 2020 - 19:05

FİFA İsveçrə prokurorluğuna ali futbol qurumunun keçmiş prezidenti Yozef Blatterə qarşı açılmış istintaq işini dayandırmaması üçün müraciət edib.

ONN media  xəbər verir ki, bu barədə Fransanın “Le Mond” nəşri məlumat yayıb.

Xəbərdə, FİFA-nın İsveçrə prokurorluğuna rəsmi müraciət etdiyi bildirilib. FİFA, sabiq prezident Blatterin cəzalandırılmasını istəyir. Ali futbol qurumu bunun üçün hüquqi baxımdan lazım olan hər şeyi etməyə hazırdır.

İsveçrə prokurorluğunun Blatterə qarşı açılmış iki işdən birini bağlamaq niyyətində olduğu iddia olunurdu.

Yozef Blatter 2015-ci ildə korrupsiyaya görə futboldan 8 illik diskvalifikasiya olunmuşdu. Onun cəzası 2016-cı ildə 6 ilə endirilib.(goal.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png