ONN İnformasiya Agentliyi

Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin tarixi bilindi

Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin tarixi bilindi
25 Fevral 2021 - 0:10

Boks üzrə kişilər arasında keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinin tarixi dəqiqləşib.

ONN media xəbər verir ki, yarış iyunun 4-18-də keçiriləcək. Turnirin keçiriləcəyi yer hələ müəyyənləşməyib. Bununla bağlı martın 1-dək məlumat veriləcək. Yarışın Skandinaviya və ya Baltikyanı ölkələrdən birində təşkil olunacağı gözlənilir.

Qeyd edək ki, ötən ilin martın 14-də Böyük Britaniyanın paytaxtında başlayan Avropa Olimpiya Təsnifat Turniri üç gündən sonra koronavirus infeksiyası səbəbindən yarımçıq dayandırılıb.

Xatırladaq ki, boksçumuz Tayfur Əliyev Avropa Olimpiya Təsnifat Turnirində dörddəbir finala yüksəlməklə Tokio Olimpiadasına lisenziya əldə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png