ONN İnformasiya Agentliyi

Boksçumuz erməni rəqibinə qalib gəldi

Boksçumuz erməni rəqibinə qalib gəldi
30 Sentyabr 2022 - 20:53

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində 1/4 final döyüşlərinə start verilib.

ONN media xəbər verir ki, Azərbaycan millisinin heyətində yarımfinala gedən yolda ilk olaraq rinqə Nərmin Əlizadə (48 kq) çıxıb.

Boksçumuz Mahur Marikyanla (Ermənistan) döyüşüb və hər 3 raundda rəqibindən üstün olub. O, yekunda 5:0 hesabı ilə qalib gələrək rəqibini mübarizədən kənarlaşdırıb.

Nərmin yarımfinala yüksəlməklə yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib. O, 1/2 final döyüşünə oktyabrın 2-də çıxacaq. Boksçumuzun rəqibi polşalı Silva Formela olacaq.

Qeyd edək ki, Avropa çempionatında 1/4 final döyüşləri sabah başa çatacaq

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png