Bu klub dünyanın ən bahalı futbol brendi oldu

İspaniyanın “Real” klubu dünyanın ən bahalı futbol brendi olub.

ONN media xəbər verir ki, Madrid klubunun dəyəri 1,646 milyard avroya yüksəlib.

Bu, 27 faizlik artım sayəsində mümkün olub. Nəticədə “Real” “Mançester Yunayted”i arxada qoya bilib.

Dəyəri 5,8 faiz azalan İngiltərə klubunun qiyməti 1,472 milyard avrodur.