ONN İnformasiya Agentliyi

Bu klubun prezidentinə QADAĞA

Bu klubun prezidentinə QADAĞA
29 Mart 2018 - 15:13

Yunanıstanın PAOK klubunun prezidenti İvan Savvidiyə 3 il futbol matçı izləmək qadağan edilib.

ONN media Report-a istinadən xəbər verir ki, səbəb klub prezidentinin PAOK və AEK arasındakı Yunanıstan çempionatının oyunu zamanı meydana silahla daxil olmasıdır. 

O, qarşılaşmanın son dəqiqələrində hakimin verdiyi qərara etiraz etmək üçün bu addımı atıb. PAOK oyunun son dəqiqələrində qol vursa da, referi oyundankənar vəziyyətə görə onu qeydə almayıb.

Hadisə ilə əlaqədar Yunanıstan çempionatında fasilə yaranıb. Çempionat oyunları martın 31-dən bərpa ediləcək. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png