ONN İnformasiya Agentliyi

ÇL, 1/8 final: Ingilislər İspanlara, İtalyanlar Ukraynalılara qarşı

ÇL, 1/8 final: Ingilislər İspanlara, İtalyanlar Ukraynalılara qarşı
13 Mart 2018 - 9:27

Bu gün futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində növbəti cavab oyunları keçiriləcək.

ONN media xəbər verir ki, İngiltərə və İtaliyada baş tutacaq matçlardan sonra daha iki komanda 1/4 finala vəsiqə qazanacaq. İspaniyada “Sevilya” ilə qolsuz heç-heçə edən “Mançester Yunayted” üstünlük əldə edib. Səfərdə istənilən qollu heç-heçə İngiltərə təmsilçisinin işinə yarayacaq.

Ukraynada “Şaxtyor”a 1:2 hesabı ilə yenilən “Roma” revanş arzusundadır. Cari mövsümdə “Qarabağ”la eyni qrupda yer alan “canavarlar” doğma meydanda bunu bacara bilər.

Qeyd edək ki, İspaniyanın “Real Madrid”, İtaliyanın “Yuventus”, İngiltərənin “Liverpul” və “Mançester Siti” komandaları 1/4 finala vəsiqəni təmin ediblər.

Çempionlar Liqası. 1/8 final, cavab oyunları

23:45. “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya)

Baş hakim: Danni Makkeli (Hollandiya)

İlk oyun – 0:0

23:45. “Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna)

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

İlk oyun – 1:2

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png