Cüdoçumuz Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Orxan Səfərov Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

ONN media  xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız İsrail təmsilçisi Fliker Tal ilə üz-üzə gəlib.

Qarşılaşmadan ipponla qalib ayrılan O.Səfərov qızıl medal qazanıb.