ONN İnformasiya Agentliyi

Cüdoçumuz beynəlxalq turnirdə bürünc medal qazanıb

Cüdoçumuz beynəlxalq turnirdə bürünc medal qazanıb
18 Dekabr 2017 - 1:38

Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə "World Masters" turnirinə yekun vurulub.

ONN media AZƏRTACa istinadən xəbər verir ki, turnirin sonuncu günü Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb. Yüz kiloqram çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov üçüncü yer uğrunda mübarizədə ev sahibi Kiril Denisova qalib gələrək bürünc medala sahib olub.

Xatırladaq ki, yarışın ilk günü Hidayət Heydərov da (73 kq) bürünc medal qazanmışdı.

Qeyd edək ki, 46 ölkədən 212 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan milli komandası yeddi cüdoçu ilə təmsil olunub.

 

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png