DÇ 2022: Avstraliya Tunisi məğlub etdi

Qətərdə keçirilən dünya çempionatının D qrupunda II tura start verilib.

ONN media xəbər verir ki, turun ilk matçında Tunis və Avstraliya yığmaları qarşılaşıblar.

Görüş avstraliyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 23-cü dəqiqədə Mitçell Dyuk vurub.