ONN İnformasiya Agentliyi

Dopinqlə bağlı model qanun qəbul edildi

Dopinqlə bağlı model qanun qəbul edildi
27 Noyabr 2020 - 20:27

MDB Parlamentlərarası Assambleyası noyabrın 27-də keçirilən plenar iclasda idmançıların dopinq istifadəsinə qarşı mübarizənin qanuni əsaslarını əks etdirən model qanun qəbul edib.

ONN media  xəbər verir ki, təqdim olunan model qanunun məqsədi Ümumdünya Antidopinq Agentliyinin tələblərinə uyğun olaraq idmanda dopinq istifadəsinə qarşı mübarizə və MDB-yə üzv dövlətlərinin milli antidopinq təşkilatlarının fəaliyyətinə yardımın təmin edilməsi üçün hüquqi əsasların yaradılmasıdır.

Sənəddə dopinq preparatlarının istifadəsinə qarşı mübarizə metodları, milli antidopinq təşkilatlarının səlahiyyətləri, cinayətlər və idmanda dopinqlə mübarizə sahəsində qanuni məsuliyyət müəyyənləşdirilib.

Assambleyanın qəbul etdiyi model qanunlar MDB ölkələrinə yerli qanunvericilik üçün model kimi təklif olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png