Dünya ulduzu “Qalatasaray”da!

İstanbulun “Qalatasaray” klubu kolumbiyalı dünya ulduzu Radamel Falkao ilə müqavilə imzalayıb.

ONN media xəbər verir ki, təxminən 2 aydan artıq bir müddətdir ki, “Monako” klubu ilə aparılan danışıqlar nəhayət, müsbət yekunlaşıb. Transfer üçün heç bir pul ödəməyən Cimbom Falkao ilə 3+1 illik müqavilə imzalayıb. Ulduz sabah İstanbula gələcək.(publika)