Dünyanın ən güclüsü Real Madrid oldu

Bu gün klublararası dünya çempionatının qalibi bəlli olub.

ONNmedia CNN türk-ə istinadən xəbər verir ki, həlledici görüşdə İspaniyanın "Real" və Braziliyanın "Qremio" klubları üz-üzə gəlib.Abu-Dabidə keçirilən matç Madrid təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

"Real" – "Qremio" – 1:0
Qol:Kriştiano Ronaldo, 53

Qeyd edək ki, üçüncülük uğrunda oyunda isə "Paçuka" (Meksika)  "Əl-Cazira"ya (BƏƏ) 4:1 hesabı ilə qalib gəlib.