Ermənilər üzərində İKİ QƏLƏBƏ: Məmmədyarov Mexitaryanı, Abbasov Sarksyanı MƏĞLUB ETDİ

Şahmat üzrə davam edən Dünya kubokunda Şəhriyar Məmmədyarov daha bir uğura imza atıb.

O, bu gün Braziliyanı təmsil edən erməni Krikor Mexitaryanı hər 2 görüşdə məğlub etməklə növbəti mərhələyə vəsiqə qazanıb.

Digər təmsilçimiz Nicat Abbasov da erməni rəqibi Şant Sarksyanı məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.