ONN İnformasiya Agentliyi

Eto azarkeşindən üzr istədi

Eto azarkeşindən üzr istədi
07 Dekabr 2022 - 3:09

Kamerun Futbol Federasiyasının rəhbəri Samuel Eto Qətərdə keçirilən dünya çempionatında baş tutan oyundan sonra yaşanan hadisəyə görə azarkeşdən üzr istəyib.

ONN media xəbər verir ki, onun bəyanatı çərşənbə axşamı “Instagram” hesabında dərc olunub.

“Dekabrın 5-də Braziliya – Cənubi Koreya matçından sonra, ehtimal ki, əlcəzairli azarkeş olan bir şəxslə mübahisə etdim. Özümü itirdiyimə və xarakterimə uyğun olmayan reaksiya verdiyimə görə üzr istəyirəm. Bu xoşagəlməz hadisəyə görə ictimaiyyətdən üzr istəyirəm”, – Eto’O yazıb.

Kamerun federasiyasının rəhbəri əlavə edib ki, bu hadisə martda Kamerun və Əlcəzair (2:1) arasında keçirilən dünya çempionatında oynamaq hüququ uğrunda pley-off cavab oyunu ilə bağlıdır.

“Eyni zamanda, söz verirəm ki, bəzi əlcəzairli azarkeşlərin amansız təxribatlarına və təqiblərinə müqavimət göstərməyi davam etdirəcəyəm. Həqiqətən də 29 martda Kamerun – Əlcəzair oyunundan sonra heç bir sübut olmadan təhqirlərə və saxtakarlıqla bağlı ittihamlara məruz qaldım. Qətərdə keçirilən bu dünya çempionatı zamanı, kamerunlu azarkeşlər eyni məsələ ilə bağlı əlcəzairlilər tərəfindən sıxışdırılıb. Əlcəzair Futbol Federasiyası tərəfindən səlahiyyətli orqanlara edilən bütün müraciətlər rədd edilib. Əlcəzair rəhbərliyini və Futbol Federasiyasını bu qeyri-sağlam vəziyyətə son qoymağa çağırıram”, – futbolçu qeyd edib.

Xatırladaq ki, Kamerun millisi cari dünya çempionatının qrup mərhələsindən sonra mübarizəni başa vurub

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png