ONN İnformasiya Agentliyi

Fənərbağçanın baş məşqçisindən istefa xəbərinə münasibət

Fənərbağçanın baş məşqçisindən istefa xəbərinə münasibət
24 Fevral 2020 - 7:43

Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Ersun Yanal yerli mətbuatda istefaya getməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ersun Yanal məlumatların doğru olmadığını bildirib. 

“İstefam müzakirə mövzusu deyil”, – deyə baş məşqçisi xəbərləri təkzib edib. 

Xatırladaq ki, ötən gün “Qalatasaray” klubu 21 il sonra “Fənərbağça”ya səfərdə qalib gəlib. “Sarı-qırmızılar” “Şükrü Saracoğlu” stadionunda keçirilmiş qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıblar.

Bundan sonra Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisinin istefaya getməsi barədə məlumat yayılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png