Fatih Terim gedir – “Qalatasaray”a ŞOK

“Fatih Terimin “Qalatasaray” klubuna verəcəyi heç nə qalmayıb. Keçmiş üçün təşəkkür edib yollarımızı ayrımağın zamanı gəlib”.

ONN media xəbər verir ki, bu sözləri “Qalatasaray” klubunun konqres üzvü Adnan Yılmaz deyib.

Ankaralı iş adamı komandanın son vəziyyəti ilə bağlı danışarkən bildirib ki, “Qalatasaray”ın əsl problem baş məşqçisidir.

“Almaniyadan uğurlu bir mütəxəssisə komandanı nizama salmaq üçün ehtiyac var. Komandada və klub idarəetməsində problem yoxdur. Tək problem Fatih Terimin kifayətsizliyi və bu komandaya verəcək nəyisə qalmamasıdır. Komandaya yeni ruh gəlməlidir. Keçmişi zəfərlərlə dolu bir komandanın Terimlə bu ruhu tapması mümkün deyil. Cənab prezidentə və idarəetməyə tövsiyəm budur ki, bir an əvvəl Terimlə yollar ayrılsın. Əks təqdirdə, problemlərə pul itkisi ilə birlikdə prestij itkisi də əlavə olunacaq”.(publika.az)