Fatih Terim koronavirusa yoluxdu

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.

ONN media xəbər verir ki, bu barədə məlumatı təcrübəli mütəxəssisin özü şəxsi tvitter hesabında paylaşıb.

“Bu gün verdiyimiz analizin nəticəsi pozitiv çıxdı. Xəstəxanada əmin əllərdəyəm. Narahat olmayın. Ən qısa zamanda xəbərləşmək üzərə” -, deyə “İmperator” ləqəbli çalışdırıcı qeyd edib.