ONN İnformasiya Agentliyi

FİFA prezidenti Azərbaycana səfər edir – İLK

FİFA prezidenti Azərbaycana səfər edir – İLK
20 Noyabr 2017 - 12:00
FIFA-nın yeni prezidenti Canni İnfantino ilk dəfə Azərbaycana səfər edəcək.
ONN media-nın  AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, ali futbol qurumunun rəhbəri noyabrın 21-də Bakıda FIFA İcraedici Futbol Sammitinə qatılacaq.
Tədbirdə FIFA-nın baş katibi Fatma Samura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FIFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edəcək. Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxildir.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png