ONN İnformasiya Agentliyi

“Futbol dəyişəcək” – UEFA prezidenti

“Futbol dəyişəcək” – UEFA prezidenti
04 May 2020 - 23:55

“Koronavirusu məğlub edəcəyik, amma hələlik futbol müsbət enerji verə bilər”.

ONN media  xəbər verir ki, bunu UEFA-nın prezidenti Aleksander Çeferin “Nova.rs” nəşrinə açıqlamasında deyib.

Sloveniyalı funksioner bildirib ki, virus dünyanın zəifliyini anlamağa məcbur edib. Onun sözlərinə görə, futbol qayıtmasa, insanların normal həyata dönüş hissləri olmayacaq: “Futbol dəyişəcəkmi? Bəli, amma bu, müvəqqəti dəyişiklik olacaq. Futbol epidemiya və müharibələrdən sağ qurtulub. Bizim bildiyimiz idman növünə qayıdacağını da görəcəksiniz. Ölkə rəhbərləri addımlar atmağa başlayanda futbolçular bütün testləri keçərək, azarkeşlərsiz meydana geri dönəcəklər”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png