ONN İnformasiya Agentliyi

Futbol üzrə Avropa çempionatları LƏĞV EDİLDİ

Futbol üzrə Avropa çempionatları LƏĞV EDİLDİ
23 Fevral 2021 - 21:29

19 yaşadək qadınlar və kişilər arasında 2021-ci ildə keçirilməsi nəzərdə tutulan futbol üzrə Avropa çempionatları ləğv olunub.

ONN media  xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Müvafiq qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Sözügedən turnirlərin ləğv olunmasına koronavirus pandemiyası dövründə ölkələr arasında səyahət məhdudiyyətlərinin olması səbəb göstərilib.

UEFA rəhbərliyi bununla həm də yoluxmanın qarşısını almaq məqsədi güdüldüyünü bəyan edib. Bildirilib ki, hazırkı məqamda gənc futbolçuların sağlamlığı daha vacibdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png