ONN media

Futbolda yeni qayda

Futbolda yeni qayda
10 İyun 2019 - 10:38

UEFA, Beynəlxalq Futbol Federasiyalar Birliyi (FIFA) və Beynəlxalq Futbol Birliyi Heyəti (IFAB) futbolda yeni qayda tətbiq etmək istəyir.

ONN media xəbər verir ki, həkimlərin üzərindəki təzyiqi azaltmaq üçün meydanda beyin sarsıntısı keçirən futbolçunun oyuna davam etməsi əngəllənəcək. Onun yerinə başqa oyunçu meydana daxil olacaq.

UEFA-nın prezidenti Aleksandr Çeferin Çempionlar Liqasının yarımfinalı çərçivəsində keçirilmiş “Tottenhem” – “Ayaks” matçı zamanı bunu düşündüyünü deyib. O, “Tottenhem”in müdafiəçisi Yan Vertongenin beyin sarsıntısı keçirməsinə rəğmən, oyunu davam etdirməsindən qorxduğunu bildirib:

“Vertongenə nəsə olacağından qorxdum. Çünki oyuna geri dönəndə də özünü yaxşı hiss etmirdi. O, meydanda ölə də bilərdi”.

“Bu yöndə qaydada dəyişiklik meydana gətirmək üçün FIFA ilə görüşəcəyik. FIFA da bunu həll etməyə çalışır. Əgər futbolçulara nəsə olsa, ömrümüzün sonuna qədər peşman olacağıq. Əgər bir futbolçunun ehtiyacı varsa, ona yardım edilməlidir. Qaydalardakı dəyişiklik oyuna təsir etməyəcək” – deyə Çeferin qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png