ONN İnformasiya Agentliyi

Gözlənilən oyunla bağlı mühüm dəyişiklik

Gözlənilən oyunla bağlı mühüm dəyişiklik
04 Mart 2024 - 17:33

Türkiyə Superkuboku çərçivəsində baş tutacaq İstanbul derbisinin başlama saatı dəyişdirilib.

Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Belə ki, “Fənərbağça” ilə “Qalatasaray” arasında keçiriləcək Superkubok matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, matç aprelin 7-də Şanlıurfada “11 Nisan Stadionu”nda keçiriləcək.

Xatırladaq ki, daha əvvəl oyunun saat 22:00-da başlayacağı ilə bağlı elan verilmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png