Güləşçilərimiz turniri 9 medalla başa vurub

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatının son günündə Azərbaycan sərbəst güləş komandası daha 4 medal qazanıb.

ONN media xəbər verir ki, Sadiq Hüseynov (45 kq) və Elman Ağayev (51 kq) Avropa çempionu olublar, Ağa Qasımov (60 kq) gümüş, Ağanəzər Novruzov (71 kq) isə bürünc medala layiq görülüblər.

Bununla da, milli komandanın medallarının sayı 9-a çatıb. Azərbaycan yığması Avropa çempionatını 6 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub