ONN İnformasiya Agentliyi

Güləş üzrə Bakı çempionatında DİN-in İdman Cəmiyyətinin komandaları yüksək nəticələr göstəriblər

Güləş üzrə Bakı çempionatında DİN-in İdman Cəmiyyətinin komandaları yüksək nəticələr göstəriblər
07 Noyabr 2017 - 23:13

Hövsan Olimpiya İdman Kompleksində keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Bakı çempionatı başa çatıb.

ONN media bildirir ki, paytaxtın bütün idman klub və cəmiyyətlərinin təmsil olunduğu yarışlarda nazirliyin İdman Cəmiyyətinin komandaları da yüksək nəticələr göstəriblər. DİN-in təmsilçiləri yarışa əvəzedici heyətlə qatılıb.

Sərbəst güləşçilərin yarışında DİN İdman Cəmiyyətinin üzvlərindən Vurğun Əliyev, Elçin Məmmədov və Cavid Sadıxov öz çəki dərəcələrində qalib olublar. Nurəddin Əliyev isə bürünc medal qazanıb. İdmançıları bu yarışa polis polkovnik-leytenantları İlyas Siracov, İlham Mustafayev, kapitan Elşad Allahverdiyev hazırlayıblar.

Yunan-Roma güləşi üzrə paytaxt pəhləvanlarının mübarizəsində isə Murad Allahverdiyev, Orxan Məmmədli gümüş medal qazanıblar. Orxan Qəhtiranov isə bürünc medala sahib olub. DİN İdman Cəmiyyətinin pəhləvanlarını bu yarışa polis polkovnik-leytenantları, Əməkdar məşqçilər Radik Hüseynov, Əli Əliyev və polis mayoru Vilayət Ağayev hazırlayıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png