Həbib daha bir döyüşə hazırlaşır

Yüngül çəki üzrə UFC döyüçüsü Həbib Nurməhəmmədov müvəqqəti çempionluq kəmərinə sahib Castin Qetci ilə döyüşə çıxacaq.

ONN media  xəbər verir ki, bu barədə H.Nurməhəmmədovun meneceri məlumat verib.

O bildirib ki, döyüşün UFC – 253 turnirində, sentyabrın 19-da Əbu Dabidə baş tutması gözlənilir.

Qeyd edək ki, Nurməhəmmədov hələ peşəkar karyerası dövründə məğlub olmayıb.