Həbib həmkarı ilə əlbəyaxa davaya çıxdı

UFC çempionu, dağıstanlı məşhur idmançı Həbib Nurməhəmmədovla amerikalı həmkarı Neyt Dias arasında əlbəyaxa dava olub.

ONN media xəbər verir ki, hadisə “UFC 239” turniri keçirilən məkanda qeydə alınıb.

Hadisənin təfərrüatlarına gəlincə, mübahisə amerikalının Nurməhəmmədovun və onun komandasının əyləşdiyi tamaşaçı tribunasına yaxınlaşmasından sonra başlayıb. Bir müddət davam edən mübahisə isə sonradan əlbəyaxa davaya çevrilib.