Həbib Nurməhəmmədov koronaya yoluxdu

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədov koronavirusa yoluxub.

ONN media  xəbər verir ki, 34 yaşlı döyüşçünün testi pozitiv çıxıb.

“One Championship” turniri ilə əlaqədar Sinqapurda olan Nurməhəmmədov karantinə alınıb.

Yarışda onun yetirməsi Saygid İzaqaxmayev iştirak etməli idi.